Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2022 08:24
Bu gün dünya çempionatının qrup mərhələsində C və D qruplarında da növbəti mərhələyə çıxacaq komandaların adına tam aydınlıq gələcək.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, günə D qrupunun matçları ilə start veriləcək.
Burada Fransanın 1/8 finala çıxdığı dəqiqləşsə də, digər 3 komanda Tunis, Avstraliya və Danimarkanın da şansları qalır.
C qrupunda isə 4 komandanın hamısı 1/8 finala vəsiqə əldə edə bilər. 23:00-da başlayacaq bu qrupun oyunlarında Argentina Polşa ilə qarşılaşacaq.
Bu görüş daha çox Polşa millisinin lideri Robert Levandovski və Argentina yığmasının ulduzu Lionel Messi arasındakı duel kimi də maraqla gözlənilir.
DÇ-2022
D qrupu
3-cü tur
19:00. Avstraliya - Danimarka
19:00. Tunis - Fransa
C qrupu
3-cü tur
23:00. Səudiyyə Ərəbistanı - Meksika
23:00. Argentina - Polşa