Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İngiltərə millisi 16 ildən sonra qrup lideri olub, Keyn Bekhemin uğurunu təkrarlayıb

İngiltərə millisi 16 ildən sonra qrup lideri olub, Keyn Bekhemin uğurunu təkrarlayıb

Tarix: 30 Noyabr 2022 09:52

İngiltərə yığması 16 ildən sonra dünya çempionatının qrup mərhələsini lider kimi başa vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, Qaret Sautgeytin baş məşqçi olduğu komanda buna Qətərdə keçirilən mundialda nail olub.

Milli son olaraq 2006-cı ildə bunu bacarıb. Britaniyalılar həmin vaxt 1/4 finalda Portuqaliyaya uduzmuşdu.

İngiltərəli hücumçu Harri Keyn 20 ildən sonra Devid Bekhemin nailiyyətini təkrarlayıb. 29 yaşlı forvard qrup mərhələsində 3 məhsuldar ötürmə ilə yadda qalıb. 2002-ci ildə Bekhem üç assist müəllifi olmuşdu.

B qrupunu 7 xalla ilk sırada bitirən britaniyalılar 1/8 final mərhələsində Seneqalla üz-üzə gələcək.

Milli.Az


Etiketlər:  İngiltərə millisi 16 ildən sonra qrup lideri olub Keyn Bekhemin uğurunu təkrarlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ