Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messinin ötürməsini qola çevirdi, “Real”ın hədəfinə düşdü

Messinin ötürməsini qola çevirdi, “Real”ın hədəfinə düşdü

Tarix: 30 Noyabr 2022 10:30

Argentina millisinin futbolçusu Entso Fernandes "Real"ın maraq dairəsinə düşüb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, İspaniya klubu "Benfika"nın 21 yaşlı yarımmüdafiəçisini heyətinə qatmağı planlaşdırır.

O, Dortmund "Borussiya"sının üzvü Cud Bellingemə alternativ hesab olunur. İngiltərə millisinin üzvünə "Liverpul", "Mançester Siti" və Çelsi"nin də transfer siyahısında olduğundan "Real" argentinalının diqqətdə saxlayır.

DÇ-2022-də yığmanın heyətində 2 matçda 1 qol vuran Fernandes Meksika ilə görüşdə Lionel Messinin ötürməsindən sonra fərqlənib. Onun transfer dəyəri 35 milyon avro ilə dəyərləndirilir.

Qeyd edək ki, Argentina millisi sabah Polşa ilə qarşılaşacaq.

Milli.Az


Etiketlər:  Messinin ötürməsini qola çevirdi Realın hədəfinə düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ