Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2022 08:18
ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinlə danışıqları mümkün hesab edir, ancaq o şərtlə ki, o, Ukraynaya qarşı müharibəni dayandırmaq niyyətindədir.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə "Politico"nun jurnalisti Eli Stokols tviterdə yazıb.
"Mən Putinlə danışmağa hazıram, əgər həqiqətən də onda maraq varsa - o, müharibəni bitirmək üçün yol axtarır. Hələlik o, bunu etməyib", - ABŞ lideri bildirib.
Bayden onu da əlavə edib ki, onun Putinlə danışıqları yalnız NATO müttəfiqlərinin belə bir təşəbbüsü təsdiqlədiyi halda mümkündür.
Prezident vurğulayıb ki, Rusiya Prezidenti "bütün məqamlar üzrə səhv hesablamalar aparıb" və onun Ukrayna üzərində qələbəsi ilə bağlı fikirlərini "təsəvvür etmək belə mümkün deyil".