Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yüksək təzyiq, əlamətləri, müalicəsi

Yüksək təzyiq, əlamətləri, müalicəsi

Tarix: 3 Dekabr 2022 07:42

Ürəyin qanı vurduqdan sonra, qanın damarlarda yüksək təzyiqlə hərəkət etməsi hipertoniya xəstəliyinin baş verməsinə səbəb olur ki, buna yüksək təzyiq də deyilir.
Bəzi insanlar vardır ki, onlar yüksək təzyiqə adi bir xəstəlik kimi baxırlar. Halbu ki, uzun müddət hipertoniya xəstəliyindən əziyyət çəkən və müalicə olunmayan xəstələr bir müddət sonra təzyiq səbəbindən digər orqanlarında patoloji dəyişikliklər əmələ gəldiyinin şahidi olurlar. Yüksək təzyiqin əmələ gəlməsində aşağıdakı faktorların rolu böyükdür:
- irsi meyillilik
- hormonal xəstəliklər
- böyrək xəstəlikləri
- şəkər xəstəliyi
- yüksək xolesterol
- bəzi dərman preparatları
- damar xəstəlikləri
- artıq çəki.
Yüksək təzyiqin əlamətləri aşağıdakılardır:
- ənsədə ağrı
- baş hərlənməsi
- baş ağrısı
- ürəkdöyünmə
- üz dərisinin qızarması və s.
Arterial təzyiq yüksək olan zaman həkimə müraciət etmək və həkimin məsləhətlərinə qulaq asmaq lazımdır. Bununla yanaşı bəzi qaydalara əməl etmək lazımdır.
Yüksək təyziq zamanı qidalanmaya diqqət yetirmək lazımdır. Belə xəstələrə yağlı, duzlu qidalardan çox istifadə etmək olmaz. Yüksək təzyiqdən əziyyət çəkən adamlar çoxlu meyvə və tərəvəzlərdən istifadə etməli, mədə-bağırsaq sisteminin normal çalışmasına diqqət yetirməli, spirtli içkidən uzaq durmalı, çəkisini nəzarətdə saxlamalıdır. Belə xəstələrə şirniyyat və şirin içkilərin miqdarını azaltmaq məsləhət görülür. Arterial təzyiqi yüksək olan adamlar həkimin dediklərinə əməl etməklə yanaşı bəzi təbii vasitələrdən də istifadə etsələr daha yaxşı olar. Bunlara aşağıdakılar aiddir:
Limon - Limon təzyiqi aşağı salmaq qabiliyyətinə malikdir. Onun tərkibində olan C vitamini təzyiq səbəbindən ürəkdə əmələ gələn patologiyaların qarşısını ala bilir. Hər səhər 1 stəkan limonlu su içmək təzyiqin müalicəsində yardımçı rol oynayır.
Qarpız tumu - Səhər-axşam bir miqdar qarpız tumu yemək təzyiqi aşağı sala bilir.
Sarımsaq - Aparılan bir çox araşdırmaların nəticəsi sarımsağın təzyiqsalıcı qabiliyyətə malik olmasını sübut edib. Gün ərzində 1-2 diş sarımsaq yemək arterial təzyiqi normada saxlaya bilir.
Banan - Banan orqanizmdə olan duzun miqdarını azaltmaq qabiliyyətinə malikdir. Gün ərzində 1-2 banan yemək təzyiqi normada saxlaya bilir.
Kərəviz - Kərəviz şirəsi və dəmləməsi təzyiqi aşağı salmaq qabiliyyətinə malikdir.
Cəfəri - Cəfəri şirəsi və dəmləməsi arterial təzyiqi aşağı salır.
Soğan suyu - Soğan suyu yüksək təzyiqi aşağı salmaq qabiliyyətinə malikdir. Bəzi hallarda soğan suyu ilə balı qarışdırıb da yemək olur.


Etiketlər:  Yüksək təzyiq əlamətləri müalicəsi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ