Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xəzərdə bu canlılar kütləvi ölür

Xəzərdə bu canlılar kütləvi ölür

Tarix: 4 Dekabr 2022 20:38

Xəzərdə suitilərin kütləvi ölümü qeydə alınıb.

Xəzər Ekoloji Mərkəzinin rəhbəri Zaur Qapizov Dağıstanda Xəzər sahillərində indiyə qədər 1,7 min suiti cəsədinin aşkarlandığını bildirib.

Xəzər Ekoloji Mərkəzinin rəhbəri Zaur Qapizov ölən suitilərin sayının daha çox olduğunun ehtimal edildiyini söyləyib.

Suitilərin ölümünün səbəbi nümunələrin analizindən sonra məlum olacaq.

Qırmızı Kitaba düşən suitilərin sayı artaraq 2500-ə çatıb.

Hazırda Rusiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ölmüş suitilərin sayını hesablamağa davam edir.

Qeyd olunur ki, ölü heyvanlar Yüzbaş ərazisində, eləcə də Sulak və Şurinka çaylarının mənsəbləri arasında aşkar edilib.

Bildirilib ki, son 10 ildə suitilərin bu cür kütləvi ölümü aşkar edilməmişdir.

Suitilərin ölüm halları aparılan monitorinqlərin nəticəsindən sonra bəlli olacaq.

Milli.Az


Etiketlər:  Xəzərdə bu canlılar kütləvi ölür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ