Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DÇ-2022: İngiltərə 1/4 finalda - VİDEO - FOTO

DÇ-2022: İngiltərə 1/4 finalda - VİDEO - FOTO

Tarix: 5 Dekabr 2022 07:02

00:53

Bu gün futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, günün ilk matçında Fransa Polşa ilə üz-üzə gəlib.

"Əl-Tumama" stadionundakı qarşılaşmanı FİFA referisi Xesus Valensuela idarə edib. Dörd qolun qeydə alındığı matçdan inamlı qələbə ilə ayrılan fransızlar 1/4 finala yüksəliblər.

Bu cütün qalibi 1/4 finalda İngiltərə - Seneqal oyununun güclüsünə rəqib olacaqdı. "Əl-Bayt" stadionundakı həmin matç Salvadordan olan FIFA referisi İvan Bartona tapşırılıb. Avropa təmsilçisi bu oyunda darmadağınla qalib gəlib.

Xatırladaq ki, hələlik Niderland və Argentina komandaları 1/4 finala yüksəliblər.

Dünya çempionatı
4 dekabr

Fransa - Polşa 3:1
Qol: Olivye Jiru, 44. Kilian Mbappe, 74; 90+1 - Robert Levandovski, 90+9-pen.
Baş hakim: Xesus Valensuela (Venesuela).
"Əl-Tumama" stadionu.

Fransa: Uqo Loris (k), Jül Kunde, Dayo Upamekano, Rafael Varan, Teo Ernandes, Orelyen Çuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru.
Polşa: Voyçex Şensnı, Bartoş Bereşinski, Kamil Qlik, Metti Keş, Pşemıslav Frankovski, Yakub Kivyor, Qjeqoj Krıxovyak, Robert Levandovski (k), Pyotr Zelinski, Sebastian Şimanski, Yakub Kaminski.

İngiltərə - Seneqal 3:0
Qol: Cordan Henderson, 38. Harri Keyn, 45+3. Bukayo Saka, 57.
Baş hakim: İvan Barton (Salvador).
"Əl-Bayt" stadionu.

İngiltərə: Cordan Pikford, Kayl Uoker, Luk Şou, Deklan Rays, Con Stounz, Harri Maquayr, Cordan Henderson, Harri Keyn (k), Bukayo Saka, Fil Foden, Cud Bellingem.
Seneqal: Eduard Mendi, Pate Siss, Bulaye Dia, Abdu Diallo, Nampali Mendi, İsmail Yakobs, Krepin Diatta, Kalidu Kulibali (k), İliman Ndiaye, İsmaila Sarr, Yussuf Sabali.

----------

00:19

İngiltərə - Seneqal - 3:0 (İkinci hissə)

Qol: Cordan Enderson, 38, Harri Keyn, 45+3, Saka, 57

04.12.2022

23:53

İngiltərə - Seneqal - 2:0 (Fasilə)

Qol: Cordan Enderson, 38 (1:0), Keyn, 45+3

23:44

Dünya çempionatı-2022
1/8 final
23:00 İngiltərə - Seneqal - 1:0
Qol: 
Cordan Henderson, 39

23:26

İngiltərə - Seneqal - 0:0 (Birinci hissə)

22:31

Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda üz-üzə gələcək İngiltərə və Seneqal yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Luk Şou, 4. Deklan Rayz, 5. Con Stounz, 6. Herri Maquayr, 8. Cordan Henderson, 9. Harri Keyn, 17. Bukayo Saka, 20. Fil Foden, 22. Cud Bellingem

Seneqal: 16. Eduard Mendi, 11. Pate Siss, 9. Bulaye Dia, 22. Abdu Diallo, 6. Nampali Mendi, 14. İsmail Yakobs, 15. Krepin Diatta, 3. Kalidu Kulibali (k), 13. İliman Ndiaye, 18. İsmaila Sarr, 21. Yussuf Sabali

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  2022 İngiltərə 14 finalda VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ