Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sevdaya görə bunları edə bilmirəm''

''Sevdaya görə bunları edə bilmirəm''

Tarix: 5 Dekabr 2022 00:50

"Evdə hər ikimizin sözü keçir. Ortaq məxrəcə gəlirik. Bizim elə bir yaş dövrümüz deyil. Ailəmizi bu əsaslar üzərində qurmamışıq. Problem olanda məsələlərimizi normal şəkildə söhbətlə həll edirik. Küsülü qala billirik. Amma bir gün çəkir".

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayevanın həkim-genetik həyat yoldaşı Zakir Bayramov rejissor Nail Naiboğlunun "Qırmızı" layihəsində deyib. O, məşhur xanımla evli olmasının çətinliklərindən də danışıb:

"Çətinlik odur ki, 15 ildir avtomobil idarə edirəm. Tez-tez ictimai nəqliyyatdan istifadə edirdim. Amma Sevdayla ailə qurandan sonra edə bilmirəm. Bu yaxınlarda onunla bu barədə söhbət edirdim. Avtomobillə işə 5 dəqiqəlik yoldur. Amma yolda 1 saat vaxt itirirəm. Sevdaya deyirəm "Sabahdan işə metroyla gedəcəm". Cavab verir ki, "Bəlkə risk etməyəsən". İnsanların mənə baxışını metroda mənə baxışını görürəm, düşüncələrini hiss edirəm. Ona görə də bu barədə çətindir, istifadə edə bilmirəm. İstədiyin şeyi geyinmək olmur. Çünki bilirsən ki, bir çoxları səni tanıyır. Hər zaman yaxşı görünməlisən. Əvvəllər ayda bir dəfə saçımı kəsdirirdim, indi isə 10 gündən bir. Bu cür çətinliklər çoxdur. Evlilikdən əvvəl mən buna vərdiş etməmişdim".

Qeyd edək ki, Sevda ana olmağa hazırlaşır və hamiləliyinin son aylarını yaşayır. Sənətçi qızına Ayla adını verəcək.


Etiketlər:  Sevdaya görə bunları edə bilmirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ