Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FHN xilasetmə görüntüləri yayıb - VİDEO

FHN xilasetmə görüntüləri yayıb - VİDEO

Tarix: 6 Dekabr 2022 15:34

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Milli.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə,"112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 19 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 7 nəfər, o cümlədən İsmayıllı rayonu ərazisində, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 45-ci kilometrliyində "Mercedes-Benz VITO" markalı mikroavtobusun idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib, qəza-xilasetmə əməliyyatları zamanı 2 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Milli.Az


Etiketlər:  xilasetmə görüntüləri yayıb VİDEO


RƏYLƏR