Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldo məşqdən imtina etdi

Ronaldo məşqdən  imtina etdi

Tarix: 8 Dekabr 2022 08:18

Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo DÇ-2022-nin 1/8 final mərhələsində İsveçrə ilə oyundan (6:1) sonra ehtiyat oyunçularla məşq etməkdən imtina edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş ehtiyat oyunçular üçün məşq təşkil edib. Görüşdə iştirak edən futbolçular isə zalda məşq ediblər. Ronaldo ehtiyat oyunçular arasında olmayıb, əsas oyunçularla qalıb. Futbolçunun heç bir diskomfort yaşamadığı və mükəmməl fiziki vəziyyətdə olduğu qeyd edilir.

Portuqaliya millisi DÇ-2022-nin 1/4 finalında Mərakeş yığması ilə qarşılaşacaq. Dekabrın 10-u keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  Ronaldo məşqdən imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ