Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda əhalinin 20 faizi artıq çəkidən əziyyət çəkir

Azərbaycanda əhalinin 20 faizi artıq çəkidən əziyyət çəkir

Tarix: 8 Dekabr 2022 17:44

"Azərbaycanda 2 milyona yaxın insan artıq çəkidən əziyyət çəkir".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev "Sağlam çəkiyə doğru" layihəsinin təqdimat mərasimində deyib.

O bildirib ki, bu, əhalinin 20 faizi deməkdir:

"Artıq çəki dünyada kifayət qədər ciddi problemə çevrilib və Azərbaycanda da öz təsirini göstərməkdədir. Artıq çəki bir sıra xəstəliklərə səbəb olur. Bir məqamı qeyd edim k, 2020-ci ildə şəkərli diabet xəstələrinin sayı 250 minə yaxın idisə, ötən il bu rəqəm 310 minə yaxın olub. Bunlar sadəcə qeydiyyatda olan xəstələrdir".

Milli.Az


Etiketlər:  Azərbaycanda əhalinin 20 faizi artıq çəkidən əziyyət çəkir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ