Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2022 13:14
İranın rəhbəri Əli Xameneyinin bacısı oğlu Mahmud Muradxani anasının bəyanatını şərh edib.
Bildirib ki, anası Bədri Hüseyni Xameneyi İran xalqı ilə həmrəylik üçün bu addımı atıb və Əli Xameneyini tənqid edib.
Mahmud Muradxani anasının bəyanatının İranda başqa din xadimlərini də danışmağa və hakim vəziyyətdən narazılıqlarını bildirmək üçün cəsarətləndirməyə hesablanıb.
Sonxeber.net bildirir ki, Fransada yaşayan Muradxani anasının açıqlamasının yayılmasının səbəblərindən birini xalq hərəkatları və etirazlarını dəstəkləmək hesab edib və bir neçə onillik fəaliyyət nəticəsində İran hakimiyyətinin mahiyyəti barədə insanların daha çox məlumatlı olmasına görə sevindiyini bildirib.
O, yalnız Əli Xameneyiyə deyil ümumiyyətlə hakimiyyətin bütünlüyünü qəbul etmədiklərini və dini hakimiyyətə qarşı olduqlarını söyləyib.
Bir neçə gün əvvəl Əli Xameneyinin bacısı Bədri Hüseyni Xameneyi bəyanat yayaraq İran rəhbərini tənqid edib və onu diktatorluqda günahlandırıb.