Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aftandil İsrafilov palataya köçürüldü

Aftandil İsrafilov palataya köçürüldü

Tarix: 9 Dekabr 2022 18:05

Dekabrın 2-si axşam saatlarında xəstəxanaya yerləşdirilən tanınmış qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilovun vəziyyəti yaxşılığa doğru irəliləyir.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a Xalq artistinin həyat yoldaşı Zemfira İsrafilova məlumat verib.

Onun sözlərinə görə, ifaçı artıq palataya yerləşdirilib:

"Bir neçə gün reanimasiyada qaldıqdan sonra vəziyyəti yaxşılaşıb. Palataya yerləşdirilib".

Z.İsrafilova qeyd edib ki, həkimlər analizlərin nəticələri ilə bağlı açıqlama verməyə qoymurlar:

"Diaqnozla bağlı açıqlama verə bilmirik. Səhhəti getdikcə yaxşılığa doğru irəliləyir. Hər şey yaxşı olacaq. Buna inanıram".

Milli.Az


Etiketlər:  Aftandil İsrafilov palataya köçürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ