Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Xanımı icazə vermir” – Keçmiş ərindən danışdı

“Xanımı icazə vermir” – Keçmiş ərindən danışdı

Tarix: 10 Dekabr 2022 01:25

Müğənni İlahə İbadova kemiş həyat yoldaşı, müğənni Mirsaleh Əliyev haqda açıqlama verib.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə "Səhərin səsi" proqramında qonaq olarkən danışıb. İbadova deyib ki, eks-əri qızını 12 ildən çoxdur görmür:

"Qızımın 14 yaşı var. Atası ilə münasibəti yoxdur. Qızım zəng etsə də, telefonunu açmaz. Mənə elə gəlir ki, ata maraqlanmalıdır. Sonuncu dəfə atası qızını 2-3 yaşında görüb. 12 ilə yaxındır ki, qızını görmür, görmək də fikri yoxdur.

Buna səbəb indiki ailəsidir. Yəqin ki, xanımı icazə vermir.  Özü də əhli-kef insan idi. Onun üçün uşaq maraqlı deyildi".

Qeyd edək ki, cütlüyün evliliyindən Ayan adlı qız övladı var. İlahə ötən ilin noyabrında keçmiş yoldaşını alimentə görə məhkəməyə verdiyini açıqlamışdı.


Etiketlər:  Xanımı icazə vermir Keçmiş ərindən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ