Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Portuqaliya Mərakeşə, Fransa İngiltərəyə qarşı

Portuqaliya Mərakeşə, Fransa İngiltərəyə qarşı

Tarix: 10 Dekabr 2022 09:40

Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/4 final mərhələsinə yekun vurulacaq.

Milli.Az xəbər verir ki, günün ilk matçında Portuqaliya millisi Mərakeşlə oynayacaq.

"Əl Tumama" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Matçı argentinalı FIFA referisi Fakundo Telyo idarə edəcək.

Digər oyunda İngiltərə və Fransa yığmaları üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. "Əl Bayt" stadionunda reallaşacaq görüşün baş hakimi braziliyalı Uilton Sampayo olacaq.

Milli.Az


Etiketlər:  Portuqaliya Mərakeşə Fransa İngiltərəyə qarşı


RƏYLƏR