Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanınmış meyxanaçı qəzaya düşdü - FOTO

Tanınmış meyxanaçı qəzaya düşdü - FOTO

Tarix: 10 Dekabr 2022 11:05

Meyxanaçı Namiq Məna avtomobil qəzası keçirib.

Milli.Az xəbər verir ki, bu barədə o, "Xəzər axşamı" verilişində olarkən məlumat verib. Meyxanaçı bildirib ki, qəza Yeni Saray yolunda baş verib.

O, avtomobili çox sürətlə sürmədiyini, hərəkətdə olan zaman "Hyundai" markalı avtomobilin onun nəqliyyat vasitəsini yandan vuraraq qəza törətdiyini açıqlayıb. Namiq Məna həmçinin qəzada xəsarət alanın olmadığını bildirib.

O bildirib ki, maşının ehtiyat hissələri Azərbaycanda tapılmadığına görə, avtomobilini hələ də təmir edə bilməyib.

Milli.Az


Etiketlər:  Tanınmış meyxanaçı qəzaya düşdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ