Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərakeşdən tarixi qələbə - YENİLƏNİB - VİDEO - FOTO

Mərakeşdən tarixi qələbə - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 10 Dekabr 2022 21:12

Bu gün DÇ-2022-də 1/4 final mərhələsinə yekun vurulacaq.

2-ci oyun günündə 2 matçdan 1-i başa çatıb.

Günün ilk matçında Portuqaliya millisi Mərakeşlə üz-üzə gəlib. "Əl Tumama" stadionunda oynanılan görüşdə 1:0 hesabı ilə qalib gələn Mərakeş tarixində ilk dəfə yarımfinala yüksəlib. Digər oyunda İngiltərə və Fransa yığmaları qarşılaşacaqlar. "Əl Bayt" stadionundakı görüş 23:00-da başlayacaq. 

Qeyd edək ki, 1/4 finalın digər 2 oyunu dekabrın 9-da oynanılıb. Xorvatiya Braziliyanı, Argentina isə Niderlandı məğlub edərək, yarımfinala yüksəlib.

DÇ-2022, 1/4 final mərhələsi

10 dekabr

19:00. Mərakeş - Portuqaliya - 1:0 

Qol: En Nesiri, 42

Baş hakim: Fakundo Telyo (Argentina)

"Əl Tumama" stadionu

23:00. İngiltərə - Fransa

Baş hakim: Uilton Sampayo (Braziliya)

"Əl Bayt" stadionu

1111

19:48

DÇ-2022, 1/4 final mərhələsi

Mərakeş - Portuqaliya - 1:0 (Birinci hissə)

Qol: En Nesiri, 42

19:34

DÇ-2022, 1/4 final mərhələsi

10 dekabr

19:00. Mərakeş - Portuqaliya - 0:0 (Birinci hissə)

Baş hakim: Fakundo Telyo (Argentina)

18:21

Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində qarşılaşacaq Mərakeş və Portuqaliya yığmalarının start heyətləri açıqlanıb.

Milli.Az bildirir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

Mərakeş: Yassin Bunu, Romen Saiss, Əşrəf Hakimi, Cavad El Yamiq, Sofyan Amrabat, Azeddin Unai, Sekin Amallah, Sofyan Bufal, Yussuf En-Nesiri, Hakim Ziyeş, Yahia Attiyat Allah

Portuqaliya: Dioqu Koşta, Pepe, Dioqu Dalot, Ruben Diaş, Rafael Gerreyru, Ruben Neves, Bernardu Silva, Otavio Monteyro, Brunu Fernandeş, Qonsalu Ramuş, Joau Feliks

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  Mərakeşdən tarixi qələbə YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR