Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən dəhşətli xəstəliyini yubadan dərman tapıldı

Dünyanın ən dəhşətli xəstəliyini yubadan dərman tapıldı

Tarix: 10 Dekabr 2022 19:36

Yaponiya şirkəti Eisai Alsgeymer beyin xəstəliyinin inkişafını ləngidə biləcək dərman tərkibi tapıblar.

Medicina.az xəbər verir ki, Lekanemab preparatı klinik tədqiqatlardan keçib.

Sınaqda dəhşətli neyrodegerenerativ xəstəliyin ilk mərhələsində olan 1800 nəfər iştirak edib.
Hər həftə onlara 18 ay ərzində Lekanemab preparatını venadaxili köçürüblər.

Alimlər 1800 nəfər 2 qrupa bölüb və 18 ballı şkala ilə qiymətləndirmə aparıb.

Hansı xəstələrə dərman verilibsə,monlarda Alsgeymer sonradan daha zəif və gec inkişaf edib, beləliklə, Lekanemab alan xəstələrin xəstəliyin növbəti mərhələsinə keçidir 31% daha aşağı olub.

Bu dərmanın əks təsiri beyində ödem ola bilər, amma alimlər bildirir ki, 15% xəstələrdə bu simptom çox yüngül keçib.
Hazırda ABŞ-ın FDA qurumu bu dərmanın 2023-cü ildə təsdiqinə hazırlaşır.

Çünki ildən-ilə Alsgeymer xəstələrinin sayı artır.


Etiketlər:  Dünyanın dəhşətli xəstəliyini yubadan dərman tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ