Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağdərədə Vardanyan şousu: rusiyalı sülhməramlılar separatçıların kuklasına çevrilib

Ağdərədə Vardanyan şousu: rusiyalı sülhməramlılar separatçıların  kuklasına çevrilib

Tarix: 10 Dekabr 2022 22:03

Sülhməramlılarla Qarabağdakı qanunsuz erməni dəstələrinin birgə təxribatları davam edir. Xəbər veridiyimiz kimi, dekabrın 3-də və 7-də azərbaycanlı mütəxəssislər Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının komandanlığı ilə danışıqlar apardı. Müzakirələrin nəticəsinə əsasən, bu gün azərbaycanlı mütəxəssislər sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı montitorinq aparmalı idi.

Sülhməramlıların və Qarabağdakı qanunsuz erməni dəstələrinin birgə təxribatı isə Azərbaycanın suveren hüququ olan bu manitorinqin baş tutmasına mane oldu. Belə ki, heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların (Qızılbular və Dəmirli) yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Mütəxəssislərin həmin əraziyə girişinə bir qrup qanunsuz erməni dəstələri tərəfində maneə törədilib. Bütün bu olanlar isə Rusiya sülhməramlılarının gözüqarşısında baş verib.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq dekabrın 10-da sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı monitorinqə başlamaq haqda razılı əldə olunsa da, sülhməramlılarla Qarabağdakı qanunsuz erməni dəstələrinin birgə təxribatı nəticəsində bu, baş tutmayıb.

Çoxdan məlumdur ki, Qarabağdakı rusiyalı hərbçilər onlara həvalə edilmiş vəzifələrin öhdəsindən gələ bilmir və ya gəlmək istəmirlər. Bunun bariz nümunəsi bu gün azərbaycanlı ekoloqların bölgəyə səfəri zamanı yerli və yersiz ermənilərin səhnələşdirdiyi şou idi.

Təsəvvür edin, sülhməramlıların komandanlığı ilə günlərlə aparılmış danışıqların nəticəsində azərbaycanlı ekoloqlar elə Azərbaycan ərazisindəki mədənlərdə monitorinq aparmaq üçün bölgəyə gəlirlər. Onlar mədənlərə çatan kimi, əvvəlcədən öyrədilmiş və Qarabağ ermənilərindən ibarət olduğu bildirilən "qəzəbli" kütlə onları qarşılayır. Bu kütlə ekoloqların mülki fəaliyyətinə maneə yaratsa da sülhməramlılar onlara azərbaycanlı jurnalistlərdən fərqli olaraq müdaxilə etmir və faktiki olaraq azərbaycanlı ekspertləri daha xoşagəlməz təxribata məruz qalacaq şəraitə salırlar. "Qəfildən" erməni oliqarx Ruben Vardanyan peyda olur. Moskvadan Xankəndiyə xüsusi tapşırıqla göndərilmiş bu şəxs özünü ekoloqlara "nazir" kimi təqdim edir və vəziyyəti "həll" edə biləcəyini bildirir. Təbii olaraq ekoloqlarımız ona "nazir" olmadığını və xitab ediləcək legitim statusdan məhrum olduğunu xatırladaraq yola verirlər. Beləcə, 30 illik münaqişə dövründə heç vaxt müzakirə tərəfi olmayan separatçıların daha bir fırıldağı boşa çıxır.

Amma bu baş verənlərdən bəzi nəticələr çıxarmaq mümkündür. Əvvəla, ehtimal ki, özünü situtativ olaraq Bağdadın kor xəlifəsi kimi aparan Vardanyanın statusunun legitimləşdirilməsinə dair bu uğursuz ssenari Rusiya sülhməramlı kontingenti ilə əvvəlcədən razılaşdırılıb. Yəqin ki, bu tamaşanın aktyorları, baş və ayaq rolları birlikdə müəyyənləşdirilib. Çünki azərbaycanlı ekoloqlar iki mədənə baş çəkiblər və hər iksində də eyni ssenari üzrə performans göstərilib.

İkinci önəmli nəticə isə budur ki, Rusiyalı sülhməramlılar hələ də Azərbaycanla əldə edilmiş razılaşmaları yerinə yetirmək istəmirlər. Onlar bölgədəki mülki vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əldə edilmiş razılaşmalara məsuliyyətsiz yanaşırlar. Rusiyalı sülhməramlılar Qarabağa müvəqqəti yerləşdirildikdən sonra azərbaycanlı hərbçilərə və mülki şəxslərə qarşı onlarla bənzər təxribat baş verib və bütün bunlar baş verərkən komandanlıq ya susaraq tamaşa edib, ya da qərəzli bir bəyanat yayıb.

Bu baxımdan yuxarıdakı sualı bir də vermək olar - general Volkov fəaliyyət deyərkən nəyi nəzərdə tuturdu? Rusiyalı sülhməramlılar öz nüfuzlarına və məramlarına kölgə salmaqda niyə bu qədər israrlıdırlar?

Özünü qondarma rejimin təmsilçisi kimi təqdim edən Ruben Vardanyanın başçılıq etdiyi yerli ermənilərdən ibarət aqressiv kütlə əvvəlcədən həmin əraziyə gətirilib və azərbaycanlı müxətəssislərin fəaliyyətinə mane olması planlaşdırılıb.

Rusiya sülhməramlıları ilə Ruben Vardanyan arasında qurulmuş ssenari tam icra olunub. Azərbaycanın rəsmi şəxslərdən ibarət nümayəndə heyəti isə Ruben Vardanyanla və qaunsuz erməni dəstələri ilə heç bir təmasa keçməyib və Şuşa şəhərinə qayıdıb.

Azərbaycan mütəxəssislərinin baş tutmalı olan monitorinqi Rusiya sülhməramlıları və qanunsuz erməni dəstələrinin qurduqları plan əsasında baş tutmayıb. Növbəti dəfə görünən odur ki, Rusiya sülhməramlılarının sözdə açıqlamaları elə sözdən ibarətdir, əslində isə sülhməramlılar, qanunsuz erməni dəstələrinin maraqlarını qoruyur, onların qanunsuz əməllərinin mühaifzəsinə xidmət edir.


Etiketlər:  Ağdərədə Vardanyan şousu rusiyalı sülhməramlılar separatçıların kuklasına çevrilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ