Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2022 09:30
Dekabrın 11-i saat 21 radələrində Kürdəmir rayonu, Yenikənd kənd sakini 1979-cu il təvəllüdlü Saray Eminovanın Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Kürdəmir rayon prokurorluğundan Sonxeber.net-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilmişdir ki, Saray Eminova dekabrın 10-da "uşaqlığın leomioması, qanaxma ilə anemiya" diaqnozu ilə xəstəxanaya daxil olmuş, həmin gün saat 12:00-da isə əməliyyat olunmuşdur. Göstərilən tibbi yardıma baxmayaraq S.Eminova vəfat etmişdir.
Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma davam edir.