Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadın yeni doğulmuş uşağı binanın girişində atdı - VİDEO

Qadın yeni doğulmuş uşağı binanın girişində atdı - VİDEO

Tarix: 12 Dekabr 2022 20:46

1981-ci il təvəllüdlü qadın Moskvanın Paromnaya küçəsindəki yaşayış binasının girişinə yeni doğulmuş körpəni birinci mərtəbəyə atıb. Hadisə videoya düşüb.

Sonxeber.net bildirir ki, Moskva Prokurorluğundan verilən məlumata görə, ev sakinləri tərəfindən tapılan qız təxminən yeddi günlükdür.

"Yeni doğulmuş körpə ədyala bükülmüşdür, gözəgörünən bədən xəsarəti yoxdur, körpəyə hazırda tibbi yardım göstərilir, o, tibb müəssisəsinə yerləşdirilib", - nazirliyin açıqlamasında bildirilib.

Daha sonra uşağı girişdə qoyan qadın müəyyən edilərək saxlanılıb. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 106-cı maddəsi ("Yeni doğulmuş uşaq anası tərəfindən adam öldürməyə cəhd") ilə cinayət işi başlanıb.

Rusiya İstintaq Komitəsinin Moskva Baş İstintaq İdarəsinin məlumatına görə, şübhəli şəxs əvvəllər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 125-ci maddəsində ("Həyatı və sağlamlığı üçün təhlükə altında olan şəxsi bilərəkdən köməksiz tərk etmək") nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib.

Yeni doğulan qız hazırda tibb müəssisəsinə yerləşdirilib və həkimlərin nəzarəti altındadır, onun həyat və sağlamlığına heç bir təhlükə yoxdur.

İrfan Vəliyev


Etiketlər:  Qadın yeni doğulmuş uşağı binanın girişində atdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ