Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı aktivistdən Rusiyanın vətəndaş cəmiyyətinə ÇAĞIRIŞ

Azərbaycanlı aktivistdən Rusiyanın vətəndaş cəmiyyətinə ÇAĞIRIŞ

Tarix: 12 Dekabr 2022 22:46

"Şaxtalı hava, digər məhrumiyyətlər iradəmizi sarsıda bilməz. "Sülhməramlı" adı altında erməni separatizminə dəstək verən Rusiya silahlılarının komandanı Volkov etirazımızı şəxsən dinləməyənə qədər aksiyamız davam edəcək".

Sonxeber.net bildirir ki, bu sözləri bu axşam Xankəndi-Ermənistan yolunda Rusiya sülhməramlılarının özbaşınalıqlarına və Azərbaycanın təbii resurslarının qanunsuz istismarına etiraz edən aktivistlərdən biri, jurnalist və ictimai fəal Niyaz Niftiyev pia.az-a açıqlamasında deyib.

Xankəndi-Ermənistan yolundakı hazırki durumla bağlı danışan N.Niftiyev bildirib ki, hava şaxtalıdır, QHT və media nümayəndələri açıq havada qalanmış ocaqla qızınırlar:

"Hazırda burda hava şaxtalıdır. Bəziləri xəstələniblər də. Lakin iradəmizi, əzmimizi nəinki şaxta, separatizmə dəstək verənlərin odlu silahı belə, qıra bilməyəcək. İki il əvvəl şaxtalı havada Şuşa qalasını düşməndən geri alan gənc əsgərlərimizin ataları, analarıyıq. O ruhu həmin əsgərə başda Müzəffər Ali Baş Komandan olmaqla, biz aşılamışdıq. İndi də o ruhun sahibləri olaraq, ata yurdumuzda ekoloji talanın qarşısını almaq üçün dinc mübarizə aparırıq", - deyə aktivist bildirib.

Niyaz Niftiyev həmçinin Rusiyanın vətəndaş cəmiyyətlərinə də çağırış edib:
"Biz bu mübarizədən geri çəkilən deyilik. Rusiya həqiqətən bizə dostdursa, dost olduğu ölkənin vətəndaş cəmiyyətinə hörmətsizlik göstərməməlidir. Bundan əlavə, silahsız, sursatsız, yalnız beynəlxalq hüququn normaları ilə silahlanmış mülki cəmiyyət təmsilçilərinə qarşı bu cür davranış, əslində, tərəqqipərvər bəşəriyyətin Rusiya barədə neqativ düşüncələrinə əlavə material vermiş olur. Rusiyanın ağıllı adamlarını - mülki cəmiyyət institutlarını imperialist təfəkkürdən əl çəkməyə, dinc, rifahlı gələcək naminə hakimiyyətlərinə təzyiq göstərməyə çağırırıq".


Etiketlər:  Azərbaycanlı aktivistdən Rusiyanın vətəndaş cəmiyyətinə ÇAĞIRIŞ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ