Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa - Mərakeş matçını o idarə edəcək

Fransa - Mərakeş matçını o  idarə edəcək

Tarix: 13 Dekabr 2022 09:00

Qətərdə təşkil olunan dünya çempionatında Fransa və Mərakeş yığmaları arasında keçiriləcək ikinci yarımfinal oyununun da hakim təyinatları açıqlanıb.

Bu qarşılaşmanı Meksika Futbol Federasiyasından olan Sezar Ramos idarə edəcək.

Ona yan xətt hakimləri Alberto Morin və Migel Hernandes (hər ikisi Meksika) kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Venesueladan olan Xesus Valensuela yerinə yetirəcək.

Xatırladaq ki, dekabrın 14-də baş tutacaq Fransa - Mərakeş matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Bu gün baş tutacaq Xorvatiya - Argentina matçında isə italiyalı Daniele Orsato iş başında olacaq.

Milli.Az


Etiketlər:  Fransa Mərakeş matçını idarə edəcək


RƏYLƏR