Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bezmişəm ''Pəncü-şeş'' oxumaqdan''

''Bezmişəm ''Pəncü-şeş'' oxumaqdan''

Tarix: 13 Dekabr 2022 16:20

Sonxeber.net xəbər verir ki, tanınmış müğənni Afət Fərmanqızı yenilik.az-a yaradıcılığındakı yeniliklərdən danışıb:

"Qazancımda bir az geriləmə olanda o zaman mahnıları, klipləri bol edirəm. Hələ ki, hər gün toylardayam. Yenə də Uralda toya dəvət almışam. Yay fəslində toylara başım toylara qarışdı mahnılarımı kliplə təqdim edə bilmədim. Musiqisi Musa Musayevin, sözləri Mirvari İlhamın olan "Ömür yoldaşım" mahnımı kliplə təqdim etmək istəyirdim. Buna vaxtım olmadı. Axırda belə bir fikrə gəldim ki, bəylə gəlin toyda bu mahnının sədaları altında rəqs etsin, qonaqlar əl çalsınlar və bunu montaj elətdirim Youtube kanalımda paylaşım. Bu arzum gerçəkləşdi. İki gün öncə də bu mahnımın şəkillə təqdimatını verdik, çünki şəkilli təqdimatda mahnı daha da təmiz səslənir. Bu nöqteyi-nəzərdən Youtube kanalımda iki dəfə paylaşım etdim. Bundan başqa, bu yaxınlarda 6-7 mahnıdan ibarət popurim işıq üzü gördü. Növbəti günlərdə yenə də oranjemanı hazır olan bir popuri var. Burada popurilərə tələbat daha çoxdur, çünki hələ də "Pəncü-şeş"i istəyirlər. Nə qədər yeni mahnı çıxarsam da hamı "Pəncü-şeş" istəyir. Elə toylar olub ki, özüm bezmişəm "Pəncü-şeş" oxumaqdan, yeni mahnımı oxumaq istəmişəm. Gəlib deyirlər ki, Şeş-beş istəyirik, mahnını belə deyirlər. Deyirəm yaxşı, bax özünüz istəyirsiz. Sonra Sibirdə, Moskvada, Moskva ətrafı,Uralda toylarımız oldu. Bütün günümüz toylarda keçir. Allah xalqımıza həmişə toy qismət eləsin, işləri bizə ancaq toya-nişana düşsün.Yeniliklər bunlardır". 

Tanınmış müğənni  Afət Fərmanqızı ailə həyatından danışarkın bunları qeyd edib: "Ailə həyatı öz qaydasındadır. Açığı mən bir az çətin insanam, düşünürdüm ki, ailə də lazımdır. Ailə quranda fikirləşirdim ay Allah mənim xasiyyətimlə ailə necə olacaq. Amma həyatımızda hər şey qaydasında olduğuna görə dedi-qodulara vaxt olmur". 
Afət Fərmanqızı Rusiyada toylardan necə qazandığı barədə isə bunları qeyd edib: "Maddi tərəfə qalanda isə ordan qonorar 2-3 dəfə çoxdur. Bunu müğənnilər də bilir ki,burda qzanc ordakından həmişə çox olur. Şükürlər olsun, Allah canımıza dəyməsin, elə işimiz belə davam eləsin. Dostlar da baxıb sevinsin".


Etiketlər:  Bezmişəm Pəncü şeş oxumaqdan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ