Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2022 17:10
"Milan" portuqaliyalı vinqer Rafael Leau ilə yollarını ayırmağa hazırdır.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə britaniyalı jurnalist Florian Plettenberq məlumat verib.
Onun sözlərinə görə, dünya çempionatı zamanı italyanlara "Çelsi"dən təklif gəlib. London klubu futbolçunu 70 milyon avroya almaq istəsə də, buna nail ola bilməyib. San Siroda yarımmüdafiəçinin satışından ən azı 150 milyon avro əldə etmək istədiklərini açıq şəkildə bildiriblər.
Xatırladaq ki, 23 yaşlı Leau 2019-cu ilin avqustundan "qırmızı-qaralar"da çıxış edir. O, Fransanın "Lill"indən 29,50 milyon avroya alınıb.
Cinah oyunçusu bu mövsüm A Seriyasında 14 oyuna çıxıb və 6 qol vurub. Onun hesabında 5 məhsuldar ötürmə də var.