Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“WhatsApp”da yeni növ mesajlar peyda oldu

“WhatsApp”da yeni növ mesajlar peyda oldu

Tarix: 13 Dekabr 2022 18:04

"WhatsApp" mesencerinin istifadəçiləri yalnız bir dəfə görünən mesajlar barədə məlumat verməyə başlayıblar. Bu mesajların mətni sonradan yoxa çıxır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, bu funksiya yalnız mesencerin beta versiyasında mövcud olsa da, dünyanın müxtəlif yerlərindəki istifadəçilər ona təsadüfi giriş əldə ediblər.

Xüsusilə, bu funksiyanın istifadəçilərə qarşı tərəfə mətni çatda görünməyən mesaj göndərə bilərlər. Həmsöhbət ekranda yalnız "text" yazısını görəcək. Mesajı oxumaq üçün onun üzərinə klikləmək lazımdır.

Həmçinin qeyd olunur ki, mesencer alıcıya bu elementin skrinşotunu çəkmək imkanı verməyəcək, onları göndərmək və ya kopiyalamaq mümkün deyil.

Mesajı oxuduqdan sonra pəncərə bağlanacaq və proqram onu ​​ikinci dəfə açmayacaq.

Milli.Az


Etiketlər:  WhatsAppda yeni növ mesajlar peyda oldu


RƏYLƏR