Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2022 01:22
NASA-nın "Hubble" kosmik teleskopu unikal foto çəkib.
O, bu dəfə Oxatan bürcündə yerləşən NGC 6530 ulduz toplusunu təsvir edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
NGC 6530 Yerdən 4 min işıq ilindən çox məsafədə yerləşən bir neçə min ulduzdan ibarət topludur. O, nəhəng qaz və toz buludu olan Laqun dumanlığının içərisində yerləşir.
Şəkil "Advanced Camera for Surveys və Wide Field Planetary Camera 2" kameralarından istifadə edilməklə çəkilib.
Alimlər bu görüntülər sayəsində ulduzların doğulması prosesinin başlanğıcını göstərən proplodların yeni nümunələrini tapmağa ümid edirlər.