Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Gələn il Putini Səddam Hüseyn kimi..." - Rus politoloq

Tarix: 14 Dekabr 2022 09:33

"Qərb qarşısına məqsəd qoyub ki, gələn il Vladimir Putini Səddam Hüseyn kimi ələ keçirsin".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

"G7 liderlərindən "mühüm bəyanat" gəlib. Rusiya prezidentini və dövlətinin digər yüksək səviyyəli rəhbərlərini qınamaq istədiklərini rəsmən bəyan ediblər.

Beynəlxalq hüquqdan danışdılar, amma heç kimin illüziyası yox idi. Söhbət Rusiya prezidentinin, müdafiə nazirinin, xüsusi xidmət orqanları rəhbərlərinin saxlanılmasından, əsir götürülməsi və qətlə yetirilməsindən gedir. Səddam Hüseyn kimi. Bu o deməkdir ki, Qərb qarşısına yeni - 2023-cü ilin vəzifəsini qoyur: Rusiyanın tam hərbi məğlubiyyəti və Rusiya dövlətçiliyinin özünə tabe edilməsi", - ekspert bildirib.

Sergey Markov G7 ölkələrinin bu bəyanatını "qeyri-ciddi" hesab edir.

Milli.Az


Etiketlər:  Gələn il Putini Səddam Hüseyn kimi Rus politoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ