Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Metroda bədbəxt hadisə - qolunu və ayağını itirdi

Metroda bədbəxt hadisə - qolunu və ayağını itirdi

Tarix: 14 Dekabr 2022 13:54

Böyük Britaniyada yuxulu qadın metroda iki dəfə qatar altına düşüb, ayağını və qolunu itirib.

Milli.Az bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

44 yaşlı Sara de Laqard sentyabrın 30-da Londonda işdən evə qayıdarkən əzalarını itirib. Qadın qatarda yuxuya gedib və dayanacağından uzaqlaşdığını anlayanda qaçıb. Birdən o, müvazinətini itirib, büdrəyib və qatarla platforma arasındakı boşluğa düşüb. Qatar stansiyadan çıxıb və Laqardı ağır yaralayıb. Sərnişin köməyə çağırsa da, yanında onun fəryadını eşidən olmayıb.

Bir neçə dəqiqədən sonra stansiyaya ikinci qatar gəlib və Laqardın üstündən keçib. Zərərçəkənin dediyinə görə, sərnişinlərin onu görməsi təxminən 15 dəqiqə çəkib. Hadisə yerinə gələn xilasedicilər qan itirən qadını xəstəxanaya çatdırıblar. Laqard əməliyyat olunub, ayağı və qolu amputasiya edilib.

Dekabrın əvvəlində qadın xəstəxanadan buraxılıb. Əri Laqarda bionik protez qol üçün vəsait toplamaq üçün səhifə yaradıb. Toplanan ianələrin məbləği hazırda 270 min funt-sterlinqi keçib. Qadın iddia edib ki, qəza bir çox şeylərə baxışlarını dəyişib. O, həyatın nə qədər "kövrək" ola biləcəyini də anlayıb. Laqard həyatdan həzz almağa davam edir və dəstəyə görə ailəsinə və ətrafındakılara təşəkkür edir.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Metroda bədbəxt hadisə qolunu ayağını itirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ