Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''''Oğlumu narkotikə Natiq Nuriyev qurşandırıb'' deməmişəm''

''''Oğlumu narkotikə Natiq Nuriyev qurşandırıb'' deməmişəm''

Tarix: 14 Dekabr 2022 16:40

Xəbər verdiyimiz kimi, ötən gün "Elgizlə izlə" ictimai-sosial verilişdə müğənni Vüqar Muradov iddia edib ki, müğənni Elçin Cəfərovu narkomaniyaya qurşandıran bir qocaman skripka ustadı olub. Daha sonra bu şəxsin Əməkdar artist Natiq Nuriyev olduğu ilə bağlı xəbərlər yayılıb.

Qalmaqallı olayın ardınca Əməkdar artist Rəhman Rəhmanovun illər əvvəl açıqlamaların birində söylədiyi "Oğlum Emili narkotikə qurşandıran Natiq Nuriyev olub" sözləri gündəmə səs salıb.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı bizim.media-nın əməkdaşı Əməkdar artist Rəhman Rəhmanovla əlaqə saxlayıb.

Aktyor bildirib ki, heç zaman belə bir açıqlama verməyib:

"Bu, yalandır, belə açıqlama verməmişəm. Belə mənasiz söhbətlərin bizə heç bir aidiyyatı və əlaqəsi yoxdur, bizlik deyil. Demədiyim bir şeyi adımdan yayan insanlar Emilin qatı düşmənləridir. Oğlumun bu mövzuya heç bir adiyyatı yoxdur.
Emil narkomaniyada illər əvvəl tam müalicə olunub. Çox ağır günlər yaşadı, stress keçirdi. Elə bu stressə görə onun əsəbləri pozulub. Emilin yaxşı nevroloq və psixoloqa ehtiyacı var. İmkanım düzələn kimi oğlumun səhhəti ilə məşğul olacağam".
Qeyd edək ki, aktyorun oğlu Emil Rəhmanov 2008-ci ilin yanvarında saxlanılmışdı və Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə 6 il həbs cəzası almışdı. Həmçinin, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 3 min manat məbləğində cərimələnmişdi. O, eyni zamanda, narkotikdən istifadə edirmiş.

Milli.Az


Etiketlər:  Oğlumu narkotikə Natiq Nuriyev qurşandırıb deməmişəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ