Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ərimin ağır xasiyyəti var'' - VİDEO - FOTO

''Ərimin ağır xasiyyəti var'' - VİDEO - FOTO

Tarix: 14 Dekabr 2022 18:55

"Ərim üstümə də qışqırır, dava da edir. Onun çox ağır xasiyyəti var. Yeri gələndə üstümə qışqırır da... Mən bunu qızım Aysuna da deyirəm. Fazil müəllim evə gəlməmiş masaya oturub, yemək yemirik. Onu oturub gözləyirik. Artıq evdə hamımız buna öyrəşmişik. Fazil bizə demir ki, mənsiz yemək yeməyin, acından ölün. Sadəcə bu da ailəmizin bir qanunudur. Kişi kişidir. Evdə həm aşpazam, həm də ev təmizləyən xanım. Qab yumaqdan ötrü ölürəm (sevir - red.). Bir sözlə evin bütün işləri ilə özüm şəxsən məşğul oluram".  

Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova qonaq olduğu "Səhərin səsi" verilişində deyib.  

10 ildir iş adamı Fazil Əmiraslanovla evli olan sənətçi bildirib ki, tezliklə böyüdüyü Ağstafa rayonunda oğlu Məhəmməd üçün məclis keçirəcək:  

"Oğlum Məhəmmədin kiçik toyuna qədər həyat yoldaşım Fazil bəyin həyatında belə bir toy, məclis olmayıb. Heç onun toyu belə olmayıb. Amma bilmək olmaz bəlkə bizim toyumuz oldu?

Fazil bəylə artıq 10 ildən çoxdur ki, ailəliyəm. Oğlumun bu kiçik toyuna 250 nəfərə yaxın qonaq çağırmışıq. Bütün məclisin xərclərini artıqlaması ilə "ört-bastır" edə bildik. Fazil müəllim oğluna Ağstafada kənd camaatı üçün daha bir məclis keçirtmək istəyir. Pul yığmaq məqsədi üçün yoxdur, sadəcə istəyir ki, böyüdüyü məkanda da oğluna məclis etsin".  

Qeyd edək ki, iş adamı Fazil Əmiraslanovla evli olan R.İsmayılovanın bir neçə il əvvəl əkizləri doğulub, onlardan biri dünyasını dəyişib.  
Müğənninin hazırda Aysun, Yağmur, Mehrimah adlı qızları və Məhəmməd adlı oğlan övladı var.


Etiketlər:  Ərimin ağır xasiyyəti VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ