Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2022 23:51
"Tam obyektiv məlumat İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim ediləcək".
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məlumat verib.
"Qonşu ölkədə yayılan məlumata görə, Avropa Məhkəməsi Azərbaycana sabaha qədər vaxt verib ki, Ermənistanın növbəti sorğusuna cavab versin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bizə göndərdiyi məktubda 1 dənə də sual vermədən, ermənilərin məlumatına cavabın ayın 19-u saat 19-dək verilməsini xahiş edir.
Bundan sonra, göndərdiyimiz məlumat Ermənistana ötürüləcək. Yəni, proses gedir. Şübhəsiz, tam obyektiv məlumat İHAM-a təqdim ediləcəkdir. Azərbaycan hər zaman öz öhdəliklərinə sadiqdir",- deyə o qeyd edib.