Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan olunması səbəbsiz deyil''

''Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan olunması səbəbsiz deyil''

Tarix: 17 Dekabr 2022 15:57

"44 günlük Vətən müharibəsindən sonra düşmən tapdağında olan torpaqlarımız azad olundu. Xüsusi ilə Şuşa şəhərinin azad olunması xalqımızda böyük iftixar hissi yaratdı".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, Prezident qeyd etdi ki, torpaqlarımızı azad etdik amma ən əsası da Şuşanı azad edə bildik. Şuşanın azad olunması isə xalqımızda çox gözəl əhval-ruhiyyə yaratdı. Şuşa cənab Prezident İlham Əliyevin sərəncamı əsasında azad olunduqdan sonra mədəniyyət paytaxtı elan edildi. Doğurdan da bu qədim şəhər mədəniyyətimizin paytaxtıdır. Çünki oradan dahi Üzeyir Hacıbəyov, Xan Şuşinski kimi və daha neçə azərbaycanlı dahi sənətkarlarımız çıxıb.

Şuşanı işğaldan azad etdiyimiz gündən başlayaraq orada yenidən tikinti-quruculuq işləri görülməyə başlanılıb. Bir şeyi qeyd etməyi vacib bilirəm ki, orada aparılan hər bir tikinti-quruculuq işi Prezident İlham Əliyevin nəzarəti altında aparılır. Çünki bu dünyanın tikintiyə dair son nümunələrinə və tapıntılarına uyğun olaraq orada yenidənqurma, yenidən tikinti meydançası yaradılıb. Ona görə də bu saat əhalinin oraya köçürülməsi gündəmdə deyil. Şuşanı əvvəlkindən də daha gözəl bir məkana çevirmək üçün işlər görülür. Administrativ binalar, otellər, muzeylər yenidən bərpa olunur. 2023-cü ilin Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan olunması da səbəbsiz deyil. Çünki orada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müttəfiqlik müqaviləsi imzaladılar. Bundan sonra da Azərbaycanla Türkiyənin qardaşlığı daha da irəlilədi. Buranın önəmi daha da artdı. Sonrakı dövrlərdə də Türk dövlətlərinin birliyinin təşkilatında bu məsələlər bir neçə dəfə müzakirə olundu və Şuşa şəhəri 2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı elan olundu. Burada da inşallah böyük mədəni tədbirlər keçiriləcək. Şairlərin yaradıcılıq gecələri, musiqi festivalları, türk xalqlarının rəqs nömrələri nümayiş olunacaq".


Etiketlər:  Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan olunması səbəbsiz deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ