Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2022 19:04
Argentina millisinin kapitanı Lionel Messi DÇ-2022-dən sonra yığmadakı karyerasını başa vura bilər.
Bu barədə millisinin baş məşqçisi Lionel Skaloni məlumat verib: "Bu, Messinin son oyunudursa, ümid edirəm ki, kuboku qazanacağıq. Bu, əla olardı. Bundan zövq alın. Dünya çempionatının finalından daha yaxşı nə ola bilər ki".
Qeyd edək ki, DÇ-2022-nin finalında Argentina və Fransa üz-üzə gələcək. Sabah keçiriləcək həlledici görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.