Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2022 20:42
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar dərc edən Fransanın "Le Monde" qəzetini tənqid edib.
Bu barədə diplomat tviterdə yazıb.
"Le Monde" gözünü aç!
- Şuşa-Xankəndi yolu dinc etirazçılar tərəfindən bağlanmayıb, bütün mülki nəqliyyat azad şəkildə hərəkət edir;
- Halbuki Naxçıvan Ermənistana görə Azərbaycandan 30 ildir ki ayrı düşüb (yol bağlanıb)", - o, qeyd edib.