Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilər yeni hiyləyə əl atdı

Ermənilər yeni hiyləyə əl atdı

Tarix: 17 Dekabr 2022 21:33

Ermənilər yeni hiyləyə əl atıblar: Ermənistanla Xankəndini birləşdirən yolun bağlanmasını bəhanə edərək, "Xankəndi hava limanı işə düşsün və humanitar yüklər hava nəqliyyatı vasitəsilə ilə daşınsın" tələbini səsləndirməyə başlayıblar.

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, bununla ermənilər Füzuli və Zəngilan hava limanlarına uçuşlar həyata keçirilərkən ermənilərə də eyni imkan yaradılmalı olduğunu iddia edirlər:

"İkinci tələbləri budur ki, yol açılsa belə, yolun bir daha bağlanmayacağına dair beynəlxalq təminat olmalıdır. Bu da reallıqdan uzaqdır. Müəyyən vaxtdan sonra yol açılsa belə, qanunlarımıza tabe olmasalar, eyni hadisələrin təkrarlanması ehtimalı yüksəkdir.

Buna baxmayaraq, Rusiya, ABŞ və Avropa dövlətlərinin bir qismində yolun açılmasıyla bağlı açıqlamaların sayı artıb. Erməni lobbisi Azərbaycana qarşı dezinformasiya müharibəsində yeni cəbhə açıb. Biz haqlıyıq və problemin məmurlarımıza Qarabağdakı yataqlarda monitorinqin aparaılmasına maneəylə bağlı olduğunu bildiririk.Yolda gömrük və sərhəd postunun yaradılması tələbində də haqlıyıq. Ancaq haqlı olduğumuzu müxtəlif ölkələrin rəsmi və ekspert dairlərinə nə dərəcədə izah edə bilirik? Azərbaycanın xarici ölkələrdəki səfirlərindən hər hansı birinin bu mövzuda məşhur nəşrlərdən birinə müsahibə verdiyini və ya birfinq keçirdiyini eşidən olubmu?"


Etiketlər:  Ermənilər yeni hiyləyə atdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ