Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2022 22:18
"Rusiyadan neft məhsullarının alınması Monqolustan üçün son dərəcə vacibdir, çünki bu, ölkəmizi nisbətən ucuz yanacaqla müntəzəm təmin etməyə imkan verir".
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu sözləri Monqolustan baş nazirinin müavini Saynbuyangiyn Amarsayxan "Sky News" telekanalına müsahibəsində bildirib.
O, qeyd edib ki, ölkəsi 100 faiz yanacaq-sürtkü materiallarını Rusiyadan idxal edir:
"Bu, ilk növbədə, Monqolustanın dənizə çıxışının olmaması, eləcə də Rusiya və Çin arasındakı qitədə yerləşməsi ilə bağlıdır".
Saynbuyangiyn Amarsayxan onu da bildirib ki, Avropadan bütün çatdırılmalar şimal qonşu - Rusiya vasitəsilə Monqolustana gedir.
O, Rusiyanı Monqolustanın tərəfdaşı adlandırıb.