Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransa millisi, yoxsa Afrika yığması? – ARAŞDIRMA

Fransa millisi, yoxsa Afrika yığması? – ARAŞDIRMA

Tarix: 18 Dekabr 2022 19:08

Mərakeş dünya çempionatının finalına çıxa bilməsə də, ötən mundialda olduğu kimi, bu dəfə də finalda Afrika əsilli futbolçular meydanda olacaq.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Fransa millisinin futbolçularının əksəri Afrika əsillidir.

Onları təqdim edirik:

Qapıçı
Stev Mondonda - keçmiş Zairdə (indiki Konqo Demokratik Respublikası) doğulub. Qardaşı Parfe Mondonda Konqonun qapıçısı olub.

Müdafiəçi
Aksel Dizazi - Konqo və Anqola mənşəlidir. Vaxtı ilə Konqo Demokratik Respublikasının U-20 millisinə də çağırılıb.
Jül Kunde - bir tərəfi Benindəndir.
Vilyam Saliba - atası livanlı, anası kamerunludur.
Dayo Upamekano - maraqlıdır ki, Portuqaliyanın müstəmləkəsi olmuş Qvineya-Bissau mənşəlidir.
İbrahima Konate - valideynləri Malidəndir.

Yarımmüdafiəçilər
Mateo Qenduzi - atası Mərakeşdəndir.
Orelyen Çuameni - Kamerun mənşəlidir.
Yusuf Fofana - Mali mənşəlidir.
Eduardo Kamavinqa - valideynləri Konqo Respublikasındandır, özü isə Anqolada qaçqın düşərgəsində doğulub.

Hücumçular
Kilian Mbapppe - atası Kamerundandır, anası Əlcəzairdəki Kabil etnik qrupundandır.
Usman Dembele - anası Mavritaniya-Seneqal, atası Mali əsillidir.
Rondol Kölo Muani - Konqo əsillidir.

Bundan başqa, heyətdə digər ölkələrlə bağlılığı olan futbolçular da var. Onlar aşağıdakılardır:

Uqo Lyoris - atası ispan mənşəlidir.
Alfons Areola - valideynləri Filippindəndir.
Rafael Varan - atası Fransanın müstəmləsi olan Martinikadandır.
Lukas və Teo Ernandes qardaşları - atalarından dolayı ispan mənşəlidirlər.
Antuan Qrizmann - alman-portuqal mənşəlidir.
Kinqsle Koman - valideynləri Fransanın müstəmləkəsi olan Qvadelupadandır.
Markus Türam - atası Lilian Türam Qvadelupada doğulub.

Milli.Az


Etiketlər:  Fransa millisi yoxsa Afrika yığması ARAŞDIRMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ