Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi Peleyə çatıb, Maldinini geridə qoydu

Messi Peleyə çatıb, Maldinini geridə qoydu

Tarix: 18 Dekabr 2022 20:42

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatlarındakı qolların sayına görə Braziliya yığmasının əfsanəvi hücumçusu Peleyə çatıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Qətərdəki mundialda Fransaya qarşı keçirdikləri final matçında penaltini dəqiq yerinə yetirən 35 yaşlı forvard ümumilikdə 12-ci dəfə fərqlənib.

Ulduz futbolçu dünya çempionatlarında meydanda olduğu dəqiqələrin sayına görə isə İtaliya millisinin sabiq müdafiəçisi Paolo Maldinini (2 216 dəqiqə) geridə qoyub. Matçın startınadək Messidə bu göstərici 2 194 dəqiqə olub. O, Fransa ilə görüşün 23-cü dəqiqəsində Maldininin rekordunu yeniləyərək, vahid liderə çevrilib.

Qeyd edək ki, hazırda ilk hissəsi davam edən Argentina - Fransa matçında "tanqoçular" öndədir - 2:0.

Milli.Az


Etiketlər:  Messi Peleyə çatıb Maldinini geridə qoydu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ