Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2022 22:36
DÇ-2022-nin final mərhələsinin Argentina - Fransa matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Argentina millisinin hücumçusu Lionel Messi matçın ən yaxşısı seçilib.
Qeyd edək ki, 35 yaşlı oyunçu sözügedən görüşdə het-trikə imza atıb.
Xatırladaq ki, Argentina - Fransa matçının əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Komandalar əlavə vaxtda hərəyə daha 1 qol vurduqları üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan Argentina 4:2 hesabı ilə qalib gələrək dünya çempionu olub.