Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Anası Messinin qələbəsinə belə sevindi - VİDEO

Anası Messinin qələbəsinə belə sevindi - VİDEO

Tarix: 19 Dekabr 2022 13:44

Dünya Çempionatının finalında Fransa yığmasını məğlub edən Argentinanın hücumçusu Lionel Messinin anası ilə qələbəni qeyd etdikləri anın görüntüləri yayılıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, futbolçunun anası Seliya Mariya Kuççittini meydançaya qaçaraq oğlunu qucaqlayıb və ağlayıb. Həmin görüntülər sosial şəbəkələrdə maraqla qarşılanaraq paylaşılıb.

Qeyd edək ki, Qətərdə keçirilən Dünya Çempionatında Argentina millisi Fransa yığmasını penaltilərlə məğlub edib və tarixində 3-cü dəfə dünya çempionu olub.

Milli.Az


Etiketlər:  Anası Messinin qələbəsinə belə sevindi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ