Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oyundan sonra Messi bunları paylaşdı - FOTOlar

Oyundan sonra Messi bunları paylaşdı - FOTOlar

Tarix: 19 Dekabr 2022 14:06

"Dünya Çempionları! Mən bunu dəfələrlə xəyal etmişdim, o qədər istəyirdim ki, hələ də buna inana bilmirəm..."

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu ötən gün dünya çempionu olan Argentina millisinin hücumçusu, kapitan Lionel Messi oyundan sonra etdiyi paylaşımda yazıb. 

Bütün dünyada oyunu ilə gündəm olan futbolçu onu dəstəkləyənlərə təşəkkür edib: "Ailəmə, məni dəstəkləyən hər kəsə, həmçinin, bizə inanan hər kəsə təşəkkür edirəm. Biz bir daha sübut edirik ki, argentinalılar birlikdə mübarizə apardıqda və birləşdikdə məqsədə çatmağa qadirik".

O, eyni zamanda bildirib ki, bu hər hansı bir fərdin yox, komandanın nailiyyətidir: "Biz bunu bacardıq!!! Tezliklə Argentinada görüşəcəyik".

Messinin bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb. Belə ki, son 7 saat ərzində onun instaqramdakı paylaşımı 35 milyona yaxın bəyənmə, 1 milyondan çox şərh toplayıb. Feysbukdakı postunu isə 6,6 milyon insan bəyənib, 579 min komment gəlib. Messinin bu paylaşımını, həmçinin 724 min insan paylaşıb. 


Etiketlər:  Oyundan sonra Messi bunları paylaşdı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ