Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Oyunda qapıçının boğazı kəsildi - VİDEO

Oyunda qapıçının boğazı kəsildi - VİDEO

Tarix: 19 Dekabr 2022 16:46

Rusiyada, Çelyabinsk şəhərinin uşaq-gənclərdən ibarət "Meteor Signal" komandasının xokkeyçi oyun zamanı boğazı kəsildiyinə görə xəsarət alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Milli.Az bildirir ki, bu barədə Yuqra səhiyyə departamentinin rəhbəri Andrey Dobrovolski məlumat verib.

""Olimpiets 2006" və "Meteor Signal" komandaları arasında xokkey oyunu zamanı oyunun ən kəskin anlarından birində bədbəxt hadisə baş verdi: qonaq komandanın qapıçısı zədələndi, oyunçunun konkisi qapıçının boynuna dəydi", - o, Telegram kanalında yazıb.

Qarşılaşmada növbətçi həkimlər idmançıya təcili yardım göstəriblər, bundan sonra zərərçəkən Surqut travma mərkəzinə yerləşdirilib və orada əməliyyat olunub.

Səhiyyə departamentinin rəhbərinin sözlərinə görə, oğlan artıq reanimasiya şöbəsinə köçürülüb. Onun vəziyyəti stabil, ağır qiymətləndirilir.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Oyunda qapıçının boğazı kəsildi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ