Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Kuboku: “Neftçi” “Zirə”yə qalib gələrək yarımfinala yüksəlib - YENİLƏNİB

Azərbaycan Kuboku: “Neftçi” “Zirə”yə qalib gələrək yarımfinala yüksəlib - YENİLƏNİB

Tarix: 20 Dekabr 2022 22:24

Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Bu gün daha 2 görüş keçirilib.

Əvvəlcə "Turan Tovuz" "Kəpəz"i qəbul edib. Görüş 2:2 hesabı ilə yekunlaşıb. Komandalar arasında keçirilən ilk oyunda "Turan Tovuz" 2:1 hesablı qələbə qazanıb. Buna görə də "Turan Tovuz" 2 oyunun cəmində yarımfinala adlayıb.

Digər oyunda isə "Neftçi" öz meydanında "Zirə" ilə qarşılaşıb. Oyunun əsas vaxtı "Neftçi"nin 2:1 hesablı üstünlüyü ilə başa çatıb. İlk oyunda "Zirə" 1:0 hesablı qələbə qazandığından görüşdə əlavə vaxt oynanılıb. Burada daha bir qol vuran "Neftçi" 3:1 hesablı qələbə ilə yarımfinala yüksəlib.

Beləliklə, yarımfinalda "Qəbələ" "Səbail"lə, "Neftçi" "Turan Tovuz"la qarşılaşacaq.

 

20 dekabr (çərşənbə axşamı)

Azərbaycan kuboku

1/4 final, cavab oyunları

19:00. "Neftçi" - "Zirə" - 3:1

Qollar: Yeqor Boqomolski, 3 (1:0), Emin Mahmudov, 45+1 (2:0), Loris Broqno, 89 (2:1), Kenni Sayef, 95 (3:1)

Qırmızı vərəqələr: Təmkin Xəlilzadə, 120, Hacıağa Hacılı, 121 (hər ikisi "Zirə", 2-ci sarı vərəqə)

Reallaşdırılmayan penalti: Hamidu Keyta ("Zirə"), 111 - qapıçı
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Cavid Cəlilov

("Bakcell Arena")

İlk oyun  - 0:1

14:00. "Turan Tovuz" - "Kəpəz" - 2:2

Qollar: Faiq Hacıyev, 15 (1:0),  Xəyal Nəcəfov, 16 (2:0), Fərid Nəbiyev, 32 (2:1), 45+3 (2:2)

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamal Umudlu

(Tovuz şəhər stadionu)

İlk oyun - 2:1

19 dekabr

"Sabah" - "Səbail" - 0:1

İlk oyun - 2:3

"Qəbələ" - "Qarabağ" - 1:0

İlk oyun - 2:2

Azərbaycan kubokunda yarımfinal cütlükləri

19 və 27 aprel (2023-cü il)

"Qəbələ" - "Səbail"

"Turan Tovuz" - "Neftçi"

08:54

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

2-ci oyun günündə daha 2 matç keçiriləcək.

Əvvəlcə "Turan Tovuz" "Kəpəz"i qəbul edəcək. Komandalar arasında keçirilən ilk oyunda "Turan Tovuz" 2:1 hesablı qələbə qazanıb.

Digər oyunda isə "Neftçi" öz meydanında "Zirə" ilə qarşılaşacaq. İlk oyunda "Zirə" qalib gəlib - 1:0. Bu cütlərin qalibləri yarımfinalda üz-üzə gələcəklər.

Qeyd edək ki, yarımfinalın digər cütü artıq məlumdur. Finala gedən yolda "Qəbələ" "Səbail"lə qarşılaşacaq.

Azərbaycan kuboku
1/4 final, cavab oyunları

20 dekabr (çərşənbə axşamı)

14:00. "Turan Tovuz" - "Kəpəz"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamal Umudlu

İlk oyun - 2:1
Tovuz şəhər stadionu

19:00. "Neftçi" - "Zirə"
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Cavid Cəlilov

İlk oyun  - 0:1
"Bakcell Arena"

19 dekabr

"Sabah" - "Səbail" - 0:1

İlk oyun - 2:3

"Qəbələ" - "Qarabağ" - 1:0

İlk oyun - 2:2
 

Azərbaycan kubokunda yarımfinal cütlükləri

19 və 27 aprel (2023-cü il)

"Qəbələ" - "Səbail"

"Turan Tovuz"/"Kəpəz" - "Neftçi"/"Zirə"

Milli.Az


Etiketlər:  Azərbaycan Kuboku Neftçi Zirəyə qalib gələrək yarımfinala yüksəlib YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ