Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2022 19:14
Venesuelalı 48 yaşlı Elvis Sanabria yüksək gərginlikli naqilə toxunaraq bütün bədən üzvlərini itirib.
Sonxeber.net bildirir ki, bu barədə "Daily Star" məlumat yayıb.
Hadisə 2022-ci il aprelin 22-də Sanabria iki həmkarı ilə yeraltı su quyusunda işləyərkən baş verib. İşçilər təsadüfən 14.000 volt gərginlikli naqilə toxunublar. Sanabrianın həmkarları yerindəcə keçinib, onun özü isə sağ qalıb, lakin ağır yaralanıb. Kişini xilas etmək üçün həkimlər onun qollarını dirsəkdən, ayaqlarını isə dizdən yuxarı kəsməli olublar.
Sanabrianın reabilitasiyasına kömək etmək üçün GoFundMe kraudfandinq platformasında vəsait yığılma səhifəsi yaradılıb. Kişi iki min dollara yaxın məbləində ianə toplaya bilib.
İrfan Vəliyev