Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranı aksiyalar bürüyüb, Tehran Laçın yolundan danışır...

İranı aksiyalar bürüyüb, Tehran Laçın yolundan danışır...

Tarix: 20 Dekabr 2022 23:03

İran Laçın dəhlizi ilə bağlı məsələnin Ermənistan və Azərbaycan arasında danışıqlar yolu ilə operativ həllinə ümid edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri İran XİN rəsmisi Nasir Kənani deyib.

"İran hər zaman Ermənistan və Azərbaycan arasında mübahisələrin sülh yolu ilə həllini vurğulayır. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli atəşkəs bəyannaməsinin şərtlərinin tam yerinə yetirilməsi iki ölkə arasındakı fikir ayrılıqlarına son verə bilər", - o bildirib.

Kənani qeyd edib ki, regionda sülh və sabitliyin bərqərar olması lüzumsuz gərginliyin aradan qaldırılmasını tələb edir.

Qeyd edək ki, 10 noyabr 2020-ci il bəyanatının tam şəkildə icrası deyəndə cənab Kənaninin nəyi nəzərdə tutduğu "bəlli deyil". Məsələ ondadır ki, 10 noyabr 2020-ci il bəyanatının tələblərindən biri Azərbaycanın qərb rayonları ilə Naxçıvanın maneəsiz (!) əlaqəsinin təmin edilməsidir ki, buna molla rejimi imkan vermir, Zəngəzur dəhlizinin açılmamasını Tehran bir nömrəli hədəfi sayır.

O ki qaldı Ermənistanla Azərbaycan arasında bütün məsələlərin sülhlə həll olunması istəyinə, görəsən Tehran Respublikası Ermənistana bağışladığı külli miqdarda tank əleyhinə raketlər, Xankəndiyə gizli yollarla göndərdiyi terrorçularla buna töhfə verdiyini düşünür?

Yeri gəlmişkən, hazırda İranda onminlərlə insanın iştirakı ilə aksiyalar keçirilir, çoxminli tətillər baş verir. İndiyə qədər aksiyalarda hakimiyyətin zorakılığı nəticəsində 502 nəfər ölüb, 20 min insan türmələrə doldurulub, minlərlə insan yaralanıb.

200 nəfər ekofəalın öz torpağında dinc aksiya keçirməsinə münasibət bildirməkdənsə, Tehran Respublikası öz vətəndaşlarına atəş açmamağı, 3 aydır davam edən aksiyanın nəticələrini müzakirə etsə, daha yaxşı olar.

Milli.Az


Etiketlər:  İranı aksiyalar bürüyüb Tehran Laçın yolundan danışır


RƏYLƏR