Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İxraclar ölkəmizin siyasi çəkisinin artmasına səbəb olur''

''İxraclar ölkəmizin siyasi çəkisinin artmasına səbəb olur''

Tarix: 21 Dekabr 2022 10:45

"Dekabrın 17-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rumıniyanın paytaxtı Buxarestə səfəri baş tutdu. Burada Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətlərinin arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalandı. Azərbaycan artıq Avropanın etibarlı tərəfdaşıdır və Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, biz əsrin müqaviləsi bağlandıqdan sonra Bakı-Tbilisi-Ceyhan kəməri ilə dünya bazarına neft ixrac edirdik: "Ancaq Azərbaycanın son illərdə artan təbii qazını da artıq Avropaya ixrac edirik. Xüsusilə Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Avropa ölkələri Rusiyanın iqtisadiyyatına zərbə vurmaq məqsədi ilə onların qaz və neftindən imtina etməsindən sonra Avropanın qaz və neftə olan tələbatı daha da artıb. Bu tələbatı ödəmək üçün Avropa İttifaqının rəhbərliyi Azərbaycanla müqavilə bağladı. Avropa komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq sahəsində anlaşma memorondumu imzalandı. Bundan sonra da Serbiyada da bu barədə müqavilə bağlandı. İndi isə yenidən Buxarestdə eyni mövzu ilə əlaqədar olaraq dövlətlər arasında saziş imzalandı.

Biz öz ixrac etdiyimiz qazı Avropaya nəql edirik. Bu il Avropaya təxminən 11.3 milyard kub metr qaz ixrac etdik. Gələn il isə bu rəqəm artaraq 11.6 milyard kub metr təşkil edəcək. Ümumiyyətlə bizim 2021-ci ildə 19 milyard kub metr qaz ixrac edirdik. Qarşıdan gələn 2023-cü ildə bu rəqəm 24 milyard kub metrə çatdırılacaq. Biz Avropanın qaz təchizatına böyük töhfələr verməyi öhdəlik olaraq götürmüşük. Hazırda da neft-qaz sahəsində ölkəmizdə çox böyük inkişaf özünü göstərir və böyük investisiyalar yatırılır. Buna görə də Azərbaycan dövləti Avropa üçün enerji təhlükəsizliyinin təmin olunması məsələsində çox böyük rola sahibdir. Bu isə ölkəmizin siyasi çəkisinin artmasına səbəb olur".


Etiketlər:  İxraclar ölkəmizin siyasi çəkisinin artmasına səbəb olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ