Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Göyərçin kimi görünməyə çalışan qarğalar: onlara vətəndaş demək olar?

Göyərçin kimi görünməyə çalışan qarğalar: onlara vətəndaş demək olar?

Tarix: 21 Dekabr 2022 17:02

Artıq on gündür ki, azərbaycanlı ekoloqlar, cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən insanlar Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda etiraz aksiyası keçirir. Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində çadırlar quran insanların tək tələbi odu rki, ekoloji terrora son qoyulsun. Qazıntı işlərinin aparıldığı əraziyə Azərbaycan mütəxəssisləri buraxılsın.

İnsanlar on günə yaxındır ki, gecəli-gündüzlü, könüllü şəkildə şaxtalı, soyuq havada çadırlar quraraq aksiya keçirir. İlk gündən də qeyd edildiyi kimi, aksiya rus sülhməramlılarının nəzarəti altında olan Azərbaycan torpaqlarında yaşayan ermənilərə qarşı deyil, onları öz əllərində alətə çevirən qondarma qurumun rəhbərliyinə və onların Ermənistandakı havadarlarına qarşıdır. Bəli, on gündən artıqdır ki, yüzlərlə insan əraziyə axışır, erməni vandalizminə və ona göz yumanlara qarşı şüarlar səsləndirir. 44 günlük Vətən müharibəsində olduğu kimi, indi də xalqımız milli birlik nümayiş etdirir və etirazlarını çatdırırlar.

Və təəssüflər olsun ki, bir qrup insanın ürəyində 44 günlük İkinci Qarabağ müharibəsində olduğu kimi, yenə də, "insanpərvərlik", saxta humanizm hissləri baş qaldırıb. Xaricdən aldıqları yardımları doğrultmaq üçün qondarma "Postsovet Sülh Təşəbbüsü" (Post-Soviet Peace Initiative) qrupu yaradaraq, "beynəlmiləl", "sülh" çağırışı ilə çıxış ediblər.

Bu antimilli, üzdəniraq qrup etdikləri müraciətdə zorakılıq, təcrid, blokada kimi istənilən təzyiq formasını qəbul etmədiklərini və Laçın dəhlizini açmağa çağırışla çıxış ediblər. Eyni zamanda hökümətləri bütün problem və məsələləri danışıqlar masası arxasında həll etməyə səsləyiblər.

Ən acınacaqlısı odur ki, erməni və rus tərəfinin mütəmadi olaraq işlətdiyi "Dağlıq Qarabağ" adlı ifadəni gözə soxur. Yalnız erməni və onların havadarlarının bu ifadəni səsləndirdiyi halda, üzdəniraq bu qrup "Dağlıq Qarabağ"da humanitar fəlakət yaxınlaşdığını irəli sürüblər. Həmin qrupun diqqətinə bir neçə məqamı çardırmağı borc bildik.

Birincisi, onların iddia etdiyi kimi, bölgədə hansısa bir humanitar fəlakətdən söhbət gedə bilməz. Heç olmaza özlərinin əsas informasiya mənbələri hesab etdikləri "Azadlıq" radiosunun erməni xidmətinin və erməni saytlarının hazırladıqları süjetlərə nəzər salsınlar. Onların hansı birində fəlakətdən söhbət gedir? Hər gün Xankəndiyə ərzaq və zəruri tibbi yardımların aparıldığını elə ermənilər özləri yayır axı?

İkincisi, bu "sülh qarğaları" niyə bir dəfə də olsun sözün əsl mənasında blokada vəziyyətində yaşayan Naxçıvan barəsində danışmır, insanların 30 il çəkdikləri əziyyətləri qabartmırlar?

Üçüncüsü, axı bu on gün ərzində insanların həmin aksiyaya məcbur getdikləri barədə harada xəbər oxuyubkar? Axı heç kim ora məcbur qaydada getmir. Heç olmasa özlərinin də aktiv olduqları sosial şəbəkələrə nəzər salsınlar. Ərazidən çəkilən fotolara, insanların bütün çətinliklərə rəğmən necə bir fəallıqla aksiyaya qatıldıqlarını görsələr, yaxşı olardı.

Dördüncüsü, həmin təşəbbüsü imzalayan şəxslərin diqqətinə çatdırmaq istərdik ki, Ermənistanın özündə indiyə qədər bir erməni belə milli maraqlarına xəyanət edən hansısa bir təşəbbüslə çıxış etməyib. Hər bir insanda milli təəəsübkeşlik, ləyaqət deyilən bir hiss olmalıdır. Bu təşəbbüs qrupunun üzdəniraq üzvlərini isə aldıqları vəsait elə tutub ki, bunları görmürlər.  Doğrudanda, əgər bu ölkəni bəyənmirsinizsə, onun milli maraqlarından çıxış etmirsinizsə, buyurun gedin istədiyiniz ölkəyə, elə lap Ermənistana. Və heç kim sizin qarşınızı ala bilməz.

Beşincisi, içlərində ermənilərin də olduğu təşəbbüs qrup iddia edirlər ki, bölgədə bitməyən müharibələrdən və artan imperialist rəqabətdən yorulublar. Necə olur ki, 30 il Azərbaycan torpaqları işğal altında olanda, 1 milyona yaxın insan öz ev-eşiyindən mərhum olduğu halda, bunlar yada düşmürdü. Yalnız Azərbaycan öz gücü ilə ilə torpaqllarını azad etməyə başlayandamı humanizm, insanpərvərlik yadınıza düşdü?

Kamran Seyidov


Etiketlər:  Göyərçin kimi görünməyə çalışan qarğalar onlara vətəndaş demək olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ