Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski Baydeni xaçla mükafatlandırdı

Zelenski Baydeni xaçla mükafatlandırdı

Tarix: 22 Dekabr 2022 08:51

Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı həmkarı Co Baydenə Ukraynaya hərbi xidmətlərinə görə ölkəsinin xaçını təqdim edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, o, Baydenə və ABŞ Konqresinə dəstəyə görə təşəkkür edib.

Zelenski daha sonra Baydenə ukraynalı qəhrəmanın hədiyyəsini təqdim edib. O bildirib ki, hədiyyə Donbasda döyüşən Ukrayna ordusunun kapitanı tərəfindən ona verilib.

Bayden Zelenskiyə təşəkkür edib və bunun müqabilində ABŞ komandanlıq sikkəsini ukraynalı kapitana göndərəcəyini bildirib.

Milli.Az


Etiketlər:  Zelenski Baydeni xaçla mükafatlandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ