Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2022 18:56
Rusiyada, Krasnodarda universitetin yataqxanasında atəş açan tələbə saxlanılıb.
Sonxeber.net bildirir ki, faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi ("Silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə xuliqanlıq") cinayət işi başlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, komendant birinci kurs tələbəsini spirtli içki qəbul etdiyinə görə danlayıb, bundan sonra o, bıçaq və tapança ilə silahlanıb. Polis itkilər barədə məlumat verməyib.
Əvvəllər tələbə oğurluqda təqsirli bilinib, il yarım əvvəl həbsdən çıxıb. İndi onu 7 ilə qədər həbs gözləyir.
İrfan Vəliyev